İsmayıllıda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO


20:47     30 Yanvar 2021 21_01_30_1612025307.jpg

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində Qəbələ rayon sakini Fəzail Bəşirov idarə etdiyi 10-MN-810 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Fəzail Bəşirov və sərnişinlər-Qəbələ rayon sakinləri, 1962-ci il təvəllüdlü Bəhramov Məzahir Yusif oğlu, 1966-cı il təvəllüdlü Quliyev Faiq Ənvər oğlu, 1961-ci il təvəllüdlü Quliyeva Tamam Yusif qızı və 1985-ci il təvəllüdıü Bəhramova Ülviyyə Məzahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 716