Azərbaycandan keçməklə Çinə hərəkət edən qatar Qarsa çatdı


12:54     31 Yanvar 2021 2021/01/5c8e64b745d2a02d50c5099a_1612083540.jpg

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan keçməklə Ankara- Sian marşrutu ilə hərəkət edən yük qatarı Türkiyənin Qars dəmir yolu stansiyasına çatıb.

Femida.az xəbər verir ki, qatar Kayseri, Sivas, Ərzurum və Sarıkamış bölgələrini qrafikə uyğun keçib, hərəkətdə heç bir ləngimə olmayıb.

Qeyd edək ki, Ankara- Sian yük blok qatarı da yola düşəcək. Qatar iki qitə, iki dəniz və beş ölkə keçməklə mənzil başına qədər ümumilikdə 7 min 792 kilometr yol gedəcək.

Hər biri 40 fut olan, 42 konteynerdən ibarət olan qatarın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 626