Suriyada terror aktları törədilib, ölənlər və yaralananlar var


18:57     31 Yanvar 2021 21_01_31_1612105098.jpg

Suriyanın Əl-Bab və Aazaz şəhərlərində partlayışlar törədilib.

Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, partlayışlar zamanı 10 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.

İlk partlayış Aazaz şəhərində törədilib. Partlayıcı qurğu müvəqqəti hökumət binasının və mədəniyyət mərkəzinin qarşısında dayanmış avtomobilə quraşdırılıb. Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Bir qədər sonra Əl-Bab şəhərindən 5 kilometr şərqdə yerləşən Zerzur ərazisində nəzarət-buraxılış məntəqəsində ikinci partlayış törədilib. Hadisə zamanı 6 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edilir ki, ölənlərin sayı arta bilər.

Açar sözlər:

Oxunub: 610