Türkiyədəki soydaşlarımız üçün pulsuz hüquqi konsultasiya göstərilib


12:38     02 Fevral 2021 2021/02/tu_1612255147.jpg

Türkiyədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğunu və onların üzləşdiyi problemləri nəzərə alaraq, 2020-ci ilin 1 sentyabr - 31 dekabr tarixləri ərzində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihə baş tutub.


Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

Layihənin məqsədi Türkiyə Respublikası ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli Türkiyəyə gəlmə zərurəti olan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər vermək, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandıraraq hüquqi dəstək xidmətinin təşkil edilməsidir.

Layihə çərçivəsində 119 soydaşımıza miqrasiya işlərində dəstək olunub, miqrasiya məsələlərinə bağlı olaraq tibbi sığorta ilə təmin olunmalarına yardım edilib.

26 soydaşımıza isə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər verilib və onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət edilməsində köməklik göstərilib.

Həmçinin, COVID-19 pandemiyası ilə əlaqədar olaraq hüquqi məsələlərlə bağlı çətinliklə üzləşmiş soydaşlarımızla çoxsaylı telefon danışıqları aparılıb, onların sosial media platformaları üzərindən sualları cavablandırılıb və hüquqi məsləhətlər verilib.

Soydaşlarımız hər növ hüquqi məsələlərlə dair şifahi və yazılı məsləhətlər, həmçinin izahatlarla hüquqşünas, Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti Ləman Süleymanlı tərəfindən təmin edilib.

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən layihənin davamlılığı yenidən təmin ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1362