Türkiyədə FETÖ əməliyyatı: 294 hərbçinin həbsinə qərar verildi


12:57     02 Fevral 2021 2021/02/16122-1612255205_1612256269.jpg

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Azvision.az xəbər verir ki, ölkənin 42 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 294 üzvünün böyük əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 559