Qubada tramadol satan şəxslər saxlanıldı


11:23     03 Fevral 2021 21_02_03_1612337054.jpg


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsir edici maddə olan tramadol həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq RPŞ-nə gətirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Femida.az-a verilən məlumata görə, dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.

Həmin şəxslərdən tramadol həbləri aşkarlanıb.

Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 545