Kommersiya və inzibati məhkəmələr 18 mindən çox işə baxıblar
12:46 03 Fevral 2021

Kommersiya və inzibati məhkəmələr 18 mindən çox işə baxıblar.
Femida.az xəbər veri ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib:
"İnzibati və kommersiya məhkəmələri müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəyə malik hakimlər hesabına formalaşdırılıb, onların qarşıda duran gözləntiləri həll edə bilmələri üçün deyərdim ki, kifayət qədər əsaslı qanunvericilik platforması yaradılıb. Onlar normal fəaliyyət göstərərək pandemiya məhdudiyyətlərini də gözləməklə artıq 18 mindən çox işə baxıblar".
Azər Cəfərov qeyd edib ki, sözügedən məhkəmələrin uğurlu, başqa sözlə, müstəqil, qərəssiz, ədalətli fəaliyyət göstərmələri üçün xeyli işlər görülmüş, zəmin yaradılıb.
Qeyd edək ki, Azərbaycanda Kommersiya və İnzibati məhkəmələr Prezident İlham Əliyevin 2019-cu il 9 iyul tarixli Sərəncamı ilə yaradılıb. Bu məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.
Amin Nəzərli
Femida.az
Oxunub: 1147
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
- İki məhkəmə kompleksi və bir məhkəmə binasının tikintisi yekunlaşıb
- Məhkəmələrdə mülki işlər üzrə 95 faiz qərarlar dəyişdirilməyib
- 8 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib
- Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - SİYAHI
- Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə qərarlarının 62 faizi qüvvədə saxlanılıb
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib