Ərdoğanla Bayden arasında telefon danışığının olacağı gözlənilir
13:16 03 Fevral 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında yaxın günlərdə telefon danışığı olacaq.
Femida.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan arasında bir saatlıq telefon danışığı olub. Onlar ikitərəfli münasibətləri, Rəcəb Tayyib Ərdoğanla Cozef Baydenin telefon danışğının keçirilməsini müzakirə ediblər.
C.Sullivan bildirib ki, Cozef Bayden 4 dəfə Türkiyədə səfərdə olub: “O, Rəcəb Tayyib Ərdoğanı tanıyır və onunla yaxından əməkdaşlıq etmək arzusundadır. Biz Türkiyənin əhəmiyyətinin fərqindəyik”.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında görüş başa çatıb
- Ərdoğanla Qaribaşvili Qafqazdakı vəziyyəti müzakirə etdilər
- Ərdoğanla Zelenski arasında görüş başlayıb