Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək
11:52 04 Fevral 2021
Dövlət İmtahan Mərkəzi Baş Prokurorluqla ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Femida.az xəbər verir ki, sənəd qəbulu prokurorluq orqanları tərəfindən aparılıb və işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 412 nəfərin namizədliyi qeydə alınıb.
İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.
İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Hər növbədə 206 nəfər iştirak edəcək. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat prokurorluq orqanları tərəfindən verilir.
Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb