Üç şəhidin ailə üzvləri üçün kiçik bizneslər yaradıldı
18:18 04 Fevral 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin şəhid və qazilərimizin ailələri ilə görüşləri davam edir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə üç şəhidin - Vətən müharibəsinin şəhid qəhrəmanlarından Həsənağa Şirvaninin, Nicat Orucovun və Kamran Hacıyevin ailələrində olub.
Həmin şəhid ailələrinin sosial vəziyyəti öyrənilib, sosial təminat hüquqları barədə məlumat verilib. Hər üç şəhidin ailə üzvlərindən işsiz olanların məşğulluğunu təmin etmək məqsədilə işlər aparılıb.
İstəklərinə uyğun olaraq, ailə üzvlərinin bir qismi özünüməşğulluq proqramı ilə əhatə olunub: şəhid Həsənağa Şirvaninin qardaşı fotoxidmət, şəhid Nicat Orucovun anası tekstil məhsulları istehsalı, qardaşı isə çilingərlik sahəsi üzrə özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də aktivlərlə təmin edilərək qeyd olunan fəaliyyət sahələri üzrə kiçik biznes sahələrini yaradıblar.
Şəhid Kamran Hacıyevin anası Sevinc Hüseynova istəyi əsasında ödənişli ictimai işlə təmin olunub, qardaşı isə avtoyuma xidməti üzrə özünüməşğulluq proqramına cəlb edilib.
Şəhid ailələrinin yaşayışı bundan sonra da daim diqqətdə saxlanılacaq.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Üç il əvvəl Kürdəmirdə qətl törədən şəxs həbs edilib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib