İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib
16:29 05 Fevral 2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.
Femida.az xəbər verir ki, Agentliyin təşkilatçılığı ilə Təhsil Naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib.
Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq “Yekun Hesabatlar” hazırlanmış və bu hesabatlar Azərbaycan Respublikasının Təhsil Nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib. “Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli qərarı” ilə yuxarıda qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunub.
Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM