Samuxda qanunsuz silah saxlayan şəxslər saxlanılıb


19:11     05 Fevral 2021 21_02_05_1612534411.jpg

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.aza verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibrli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibrli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 509