Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub


21:22     05 Fevral 2021 21_02_05_1612545501.jpg

Ermənistanın Çəmbərək rayonunda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.

Açar sözlər:

Oxunub: 528