ABŞ-da COVID-19-dan ölənlərin sayı 455 mini ötüb


21:42     05 Fevral 2021 21_02_05_1612545993.jpg

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 119 931 yoluxma halı qeydə alınıb, 4941 nəfər vəfat edib.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 26,6 milyondan çox yoluxma qeydə alınıb.

ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 455 mindən çoxdur.

Açar sözlər:

Oxunub: 469