Qanunla şəhidin birinci növ vərəsələri kimlərdir?


09:40     06 Fevral 2021 esger_sehid_01111.jpg


"Şəhid statusunun verilməsi üçün şəhidin birinci növ vərəsələri təyin edilir”.


Femida.az xəbər verir ki, bu sözləri vəkil Səməd Vəkilov deyib. Onun sözlərinə görə, qanunvericilikdə şəhidin ata-anası, həyat yoldaşı və övladları birinci növ vərəsə sayılır:

"Əgər şəhid ailələrinə verilən imtiyazlara birinci növ vərəsələrin hər biri iddialıdırsa, onların hər birinə belə bir status verilir və şamil olunan imtiyazlar da onların arasında bölünür. Birinci növ vərəsələr biri digərinin xeyrinə vərəsəlik hüququndan, şəhid statusundan imtina edə bilər”.

Səməd Vəkilov qeyd edib ki, qanunvercilikdə bacı-qardaş isə ikinci növ vərəsələr hesab olunur:

"Birinci növ vərəsələr olduğu halda ikincilərin şəhidlərə verilən imtiyazlara iddia etməsi əsassızdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1226