Hindistanda dəhşətli hadisə: 150-yə yaxın ölən var


14:14     07 Fevral 2021 2021/02/2021-02-07-13-34-25VFq9e6XUyiag3vQaVj1x_file_1612691364.jpg

Hindistanın şimalında baş vermiş daşqınlar nəticəsində 150-yə yaxın yerli sakin ölüb.


Bu barədə ANI agentliyi Uttarakhand əyalətinin nümayəndəsinə istinadən məlumat yayıb.



Bildirilib ki, buzlağın əriməsindən sonra Dxauliqanq çayında suyun səviyyəsi qalxıb. Daşqınlar zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib. Əraziyə xilasetmə qrupları göndərilib.



Hökumət insanların təxliyyə edildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 426