Şirvanda ər və arvad dəm qazından boğulub


17:07     07 Fevral 2021 21_02_07_1612703332.jpg

Şirvan rayonunda ər və arvad dəm qazından boğulub.

Femida.az -ın məlumatına görə, hadisə Şirvan şəhəri bağ evləri massivində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1937-ci il təvəllüdlü Əliyev Əbülfəz Zeynalabdin oğlu və onun həyat yoldaşı 1942-ci il təvəllüdlü Əliyeva Evgeniya Yulianovna dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 475