Ağdaşdakı ağır yol qəzası ilə bağlı - Rəsmi məlumat


11:32     08 Fevral 2021 2020/02/din_yeni12_1580995028.jpg

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər.

Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 430


Oxşar xəbərlər