Xamenei 4 minə yaxın məhkumu əfv etdi


09:48     09 Fevral 2021 xamneyi.PNG

İranın Ali lideri ayətullah Əli Xamenei inqilabın 42-ci ildönümü münasibətilə 3840 məhkumu əfv edib.

Femida.az xəbər verir ki, əfv olunanlar əsasən hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan şəxslərdir.

Qeyd edilib ki, İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Ayətullah Rəisi Xameneiyə yazdığı məktubda müvafiq şərtlərə cavab verən 3840 məhkumun cəzasının azaldılması və ya əfv edilməsini təklif edib. Əli Xamenei onun təklifini dəstəkləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 457