ABŞ-da son sutkada 86 646 nəfər koronavirusa yoluxub


19:14     09 Fevral 2021 21_02_09_1612880933.jpg

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 86 646 yoluxma halı qeydə alınıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində koronavirusdan 1 465 ölüm halı baş verib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir. ABŞ-da indiyədək 27 milyondan çox şəxs koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 465 mindən çox xəstə ölüb.

Açar sözlər:

Oxunub: 359