“Azərbaycandan icazə istəyəcəyik” - Erməni din xadimi


21:12     10 Fevral 2021 2021/02/image-1612960600_1612979423.jpg

Qarabağ ermənilərinin dini nümayəndəsi Vrtanes Abrahamyan Kəlbəcərdəki Xudavəng monastrına buraxılmamaları ilə bağlı məsələyə münasibət bildirib.


Azvision.az -ın məlumatına görə, din xadimi əvvəlcə sülhməramlılara ziyarətçi sayını təqdim etdiklərini deyib.
Siyahıda həftə ərzində təxminən 25-30 nəfərin monastıra ziyərətə gələcəyi qeyd olunub. Lakin bu müraciət Xudavəngi ziyarət etmək üçün yetərli hesab edilməyib. Onların nəzərinə çatdırılıb ki, Kəlbəcərə gəldikləri zaman adların yazıldığı siyahı ilə yanaşı, nəqliyyat vasitələrinin nömrələri də göstərilməlidir.

"Yəni ziyarətin mahiyyəti daha təfərrüatlı olmalıdır. Əgər belədirsə, onlar sizi blok etməyəcəklər. İndi biz bu həftə üçün nəzərdə tutulan siyahını sülhməramlılara verməyə çalışırıq. Onlar həmin siyahını Azərbaycan tərəfinə təqdim edəcəklər. Bir az çətindir, amma bunu etməyə çalışacağıq. Yəqin ki, hər iki tərəf ora kimlərin gəlib-getdiyini bilmək istəyir. Kimsə ziyarətçilərin arasında bəzən gizli adamların olduğunu düşünə bilər. Buna görə normal siyahı verəcəyik ki, ora gələnlərin inanclı adamlar olduğunu göstərək. Gizlədiləcək heç nə yoxdur və gerçək olanı verəcəyik".

Erməni din xadimi tələb olunan siyahının Azərbaycan tərəfinə təqdim ediləcəyini vurğulayıb. O, eyni zamanda gələcəkdə zəvvarların sayını artırmaq üçün icazə istəyəcəklərini söyləyib.

"Onlar yalnız fərdi məlumatları və adların siyahısını istəyirlər. Zəvvarların, nəqliyyat vasitələrinin sayının, gəliş-gediş vaxtları barədə Rusiya sülhməramlılarına verilən rüblük məlumatların gələcəkdə yenilənməsinə gəldikdə isə, bəlkə də bu rəqəmi 60-70 edəcəyik. Bunu onlarla danışacağıq. Məqsədəuyğun hesab etsələr, problem yoxdur".

Zəvvarların təhlükəsizliyinə gəlincə, yeparxiya rəhbəri xüsusi bir təhlükəli məsələnin olduğunu düşünmür. Yaranan problemlər texniki məsələlərdir: “Onlar həm də çəkiliş heyətinin və jurnalistlərin olmamasını tələb edirlər. Biz isə özümüzlə heç bir rejissor falan götürməməyə çalışırıq. Monastr ərazisində çəkilişlər qadağandır".

Femida.az

Açar sözlər:

Oxunub: 602


Oxşar xəbərlər