Vəkillər bu məhkəməyə telefonla daxil ola biləcək


12:07     11 Fevral 2021 2020/08/mehkeme_esas_1597837766.jpg


Nəsimi rayon Məhkəməsində vəkillərdən telefonlarının alınması problemi həll olunub.

Femida.az-ın xəbərinə görə bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:

"Əziz və dəyərli həmkarlar, uzun müddət ərzində Nəsimi rayon Məhkəməsində vəkillərdən telefonlarının alınması problemi nəhayət ki, bu gündən etibarən öz qanuni və ədalətli həllini tapdı. Apardığımız danışıqlar, müzakirələr müsbət nəticələndi. Məlum olduğu kimi bundan öncə Bakı Kommersiya Məhkəməsinin yeni sədri də telefon qadağasını ləğv etmişdi. Bu məsələdə bizə dəstək verən hər kəsə təşəkkür edirəm.

Hörmətli həmkarlar, çox sağ olun ki, səbrli oldunuz, bu problemin həllində Rəyasət Heyətinin rəhbərliyinə və şəxsən mənə güvəndiniz".

"Hər birinizdən tək bir xahişim var: məhkəmə prosesi zamanı telefondan istifadə etməyin, elektron cihazları söndürün. Hec kəsə şikayət, narazılıq üçün bəhanə verməyin", - deyə sədr bildirib.


Femida.az

Açar sözlər: #vəkil   #məhkəmə   #telefon  

Oxunub: 4571