Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olunub


17:21     11 Fevral 2021 21_02_11_1613049732.jpg

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Ağayev Əmirağa Mahir oğlu Şabranda dəfn edilib.

Femida.az -ın verdiyi məlumata görə, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Ağayev Əmirağa Mahir oğlunun nəşi Şabran rayonuna aparılıb.

Şəhid Şabran şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ə. Ağayev cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 502