Saatlıda vəzifəli şəxs rüşvətə görə tutuldu
18:03 12 Fevral 2021
“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb