Ermənistanda polislər müharibə iştirakçısını döyüb


19:10     12 Fevral 2021 2021/02/khhjk-1613134380_1613142669.jpg

Bu gün Ermənistanda polislərin zorakılıq əməlləri ilə bağlı yayılan videonu araşdıran jurnalistlər maraqlı bir məqamla rastlaşıblar.

Femida.az xəbər verir ki, vətəndaşa işgəncə verən polislərdən birinin Ermənistan polisinin başçısı Vahe Qazaryanın dostu olduğu üzə çıxıb.

"Xüsusi İstintaq Xidməti (XİN) tərəfindən araşdırılan hadisə ilə bağlı cinayət işi başlanıb. Vətəndaşı döyən polislərdən biri Ermənistan polisinin başçısı Vahe Qazaryanın yaxın dostudur. Xüsusi İstintaq Xitmətindəki mənbəmizin verdiyi məlumata görə, Qazaryan XİX rəhbəri Sasun Xaçatryana dostuna qarşı açılan işin ləğvi barədə müraciət edib", -deyə erməni KİV-ləri yazıb.

Qeyd olunub ki, Ermənistanda polislər tərəfindən döyülən şəxs müharibə iştirakçısı olub.

Açar sözlər:

Oxunub: 386