Xarici dillər üzrə doktoranturaya qəbul imtahanı keçirilir
13:18 14 Fevral 2021
Fevralın 15-də Dövlət İmtahan Mərkəzində tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir.
DİM-dən Femida.az-a bildirilib ki, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlanıb.
İmtahanlar 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanlarda iştirak etmək üçün 1537 namizəd qeydiyyatdan keçib.
Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir: Dinləyib-anlama bloku; Oxuyub-anlama bloku; Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar); Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).
Qeyd edək ki, doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1328 nəfər qeydiyyatdan keçib. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı (fevralın 15-də keçiriləcək) üzrə isə 5 nəfər imtahana yazılıb.
DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.
İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.
Femida.az
Oxunub: 332
Oxşar xəbərlər
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Xarici diplomların tanınması qaydası dəyişib
- Xarici jurnalistlər Gəncədə erməni terroru ilə bağlı məlumatlandırılıblar
- Xarici dövlətin vətəndaşlığını qəbul etmiş azərbaycanlıların nəzərinə!
- Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər
- Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib
- Xarici diplomların tanınma qaydaları dəyişə bilər
- Xarici narkotacirlərin Azərbaycanda əməkdaşlığa cəlb etdiyi şəxs saxlanılıb
- Xarici jurnalistlərin Füzuli, Şuşa və Ağdama səfəri başlayıb
- Xarici diplomatlar Şuşada