NATO qoşunların Əfqanıstandan çıxmasını istəmir


14:54     14 Fevral 2021 1444125776_stoltenberg-narushenie-rossiey.jpg

NATO-nun baş katibi Yens Stoltenberq ittifaq qoşunlarının Əfqanıstandan çıxarılmasının asan olmayacağını deyib. Onun fikrincə, qoşunların çıxarılması nəticəsində Əfqanıstan terrorçuların yuvasına çevrilə bilər.

Femida.az xəbər verir ki, bu barədə baş katib müsahibəsində bildirib.

"Biz qala və hərbi iştirakımızı davam etdirə bilərik. Və ya Əfqanıstandan ayrılıb ölkəni yenidən terrorçuların sığınacağına çevrilmə riski ilə üzləşərik. Seçim asan deyil", - deyən Stoltenberq heç bir NATO ölkəsinin Əfqanıstanda lazım olduğundan daha uzun müddət qalmaq istəmədiyini vurğulayıb.

"Taliban şiddəti azaltmaq və terror qrupları ilə əlaqəni kəsməklə bağlı verdiyi vədləri yerinə yetirməlidir. Ancaq biz bunun əvəzinə Taliban tərəfindən həkimlərə, hakimlərə və jurnalistlərə qarşı yönəlmiş qəbuledilməz şiddət səviyyəsini görürük.

Önümüzdəki günlər və həftələr vacibdir. NATO-nun ABŞ-ın yeni rəhbərliyi ilə nazirlər səviyyəsində ilk görüşü baş tutacaq və müttəfiqlərin gələcəkdə NATO-nun Əfqanıstandakı
iştirakı ilə bağlı intensiv müzakirə aparacağını gözləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 374