Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı verib


17:08     14 Fevral 2021 2020/03/sahibe_qafarova_1584090431.jpg

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb.


Milli Məclisin Sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından baş sağlığı ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 268