Həftəsonu cinayət törədən 103 nəfər tutulub
09:51 15 Fevral 2021
Daxili İşlər Nazirliyi fevral ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.
Oxunub: 356
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 7 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 8 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 3 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
- Həftəsonu yol qəzalarında 13 nəfər ölüb