ÜST-dən koronavirusla bağlı şad xəbər
09:36 17 Fevral 2021
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST rəhbəri “Twitter” hesabında yazıb.
Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:
“Beş həftədə yoluxma haradasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib, amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq, geri qayıdacaq”.
Oxunub: 578
Oxşar xəbərlər
- ÜST-dən koronavirusla bağlı şad xəbər
- ÜST-dən vaksinin iki dozası ilə peyvəndlənənləri sevindirəcək XƏBƏR
- ÜST-dən COVID-19-la bağlı XƏBƏRDARLIQ - Yeni ildən sonra...
- ÜST-dən "Deksametazon"la bağlı daha bir açıqlama
- ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT
- ÜST-dən Azərbaycanla bağlı açıqlama
- ÜST-dən qızılca xəbərdarlığı