Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - RƏSMİ
12:37 17 Fevral 2021

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb. Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib".
Qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.
Femida.az
Oxunub: 704
Oxşar xəbərlər
- Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı
- Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər
- Polis köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərə kömək edib
- Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı
- Polis və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var
- Polis 48 kq-dan artıq narkotik aşkarladı - Əməliyyat videosu
- Polis əməliyyatlar keçirdi - VİDEO
- Ermənistanda polislər müharibə iştirakçısını döyüb
- Koronavirusa qarşı peyvənd olunan polislər özlərini yaxşı hiss edirlər - RƏSMİ
- Polislər Xocavənddə minalar aşkarladı