Neft Daşlarında güclü külək müşahidə olunur


15:55     17 Fevral 2021 21_02_17_1613563787.jpg

Fevralın 17-si saat 15:00-a olan məlumata əsasən, Maştağa, Binə, Pirallahı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalığa yağış, Şabran, Nabran, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Qrız, Tovuz, Ağstafa, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.


Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, şimal-qərb küləyinin sürəti Xınalıq, Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adası, Pirallahıda 23, Bakıda 20, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 405