Gürcüstan hökuməti tam tərkibdə istefa verdi


11:02     18 Fevral 2021 21_02_18_1613632865.jpg


Gürcüstan hökuməti tam tərkibdə istefa verib.


Buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.

Femida.az

Açar sözlər: #Gürcüstan  

Oxunub: 344