Ermənilərin tövləyə çevirdiyi 4 əsrlik məscid - FOTOREPORTAJ
12:55 18 Fevral 2021

İşğaldan azad olunan Füzuliyə səfərimiz zamanı Qarğabazar kəndindəki məscidə də baş çəkdik. Məscid Şah Abbas karvansarasından yuxarıda, qayanın üstündə yerləşir.
El arasında Şah Abbas məscidi kimi tanınan ibadət ocağı elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdiririb, hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə təxminən 1683-84-cü ilə təsadüf edir.
Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilib. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa, burada ağac materialından istifadə olunmayıb. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.
İşğal dövründə ermənilər digər məscidlərimiz kimi Hacı Qiyasəddin məscidini də tövlə kimi istifadə edib, burada mal-qara, donuz saxlayıblar. Məscidin ətrafına, daxilinə yığılan ot bağlamaları və kəskin peyin qoxusu bunu bir daha təsdiqləyir.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Ermənistanda bir gündə 300-ə yaxın yoluxma faktı qeydə alınıb
- Paşinyanın açıqlamasını "qeyri-ciddi" hesab edən erməni general vəzifədən qovulub
- Erməni general məğlubiyyətlərinin səbəbindən danışdı
- Ermənistanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir
- XİN başçısı: “10 noyabr bəyanatı Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq öhdəliyi qoyur”
- Ermənistanda daha 168 yeni yoluxma faktı qeydə alınıb
- XİN: Ermənistanın düşmənçiliyinin gələcəyi yoxdur və xalqını uçuruma aparır
- Ermənistanda COVID-19-dan ölənlərin sayı 3159 nəfərə çatıb
- KİV: Ermənistanın xarici işlər naziri istefa verib
- Sergey Markov: “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir”