Azərbaycanla Türkiyə arasında preferensial ticarətə dair Saziş martın 1-dən qüvvəyə minəcək


19:55     18 Fevral 2021 21_02_18_1613662038.jpg

“Azərbaycanın zəfəri bölgəmizin ticarət və logistik quruluşunu dəyişəcək yeni dönəmin başlanğıcı oldu”.

Femida.az -ın məlumatına görə, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı deyib.

Türkiyəli nazir bildirib ki, bu yeni dönəmdə də Azərbaycanın yanında, onunla işbirliyi içərisində olacaqlar: ““Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 1 martdan etibarən qüvvəyə minəcək. razılaşmanın əhatə dairəsinin genişləndirilməsi üçün işlərə başladıq”. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci il fevralın 25-də imzalanıb, həmin il mayın 31-də Milli Məclis Sazişi təsdiqləyib.



play.google.com

Скачать

Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minməlidir.

Saziş müddətsiz bağlanıb, razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

Açar sözlər:

Oxunub: 396