Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ


16:42     19 Fevral 2021 2021/02/SAH_2-1613734208_1613739723.jpg

Ağdama səfər zamanı baş çəkdiyimiz yerlərdən biri də Pənahəli xanın sarayı və İmarət qəbiristanlığı oldu. 27 illik işğal dövründə erməni faşizmi Xan sarayı ilə yanaşı, bu tarixi abidənin yaxınlığında yerləşən Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığıdan da yan keçməyib.


Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi burada yerləşir. Vəhşi düşmən insani dəyərləri ayaq altına ataraq İbrahimxəlil xanın türbəsini və sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıb.

İşğal edilən ərazilərdəki məscidlər və digər tarixi abidələrimiz kimi Pənahəli xanın sarayı da ermənilər tərəfindən təhqirlərə məruz qalıb. Düşmən uzun illər xan sarayını tövlə kimi istifadə edib. Burada mal-qara, donuz saxlanılıb.

44 günlük Vətən müharibəsi nəticəsində erməni tapdağından azad olunan Pənahəli xanın sarayı və İmarət qəbiristanlığının hazırkı görüntülərini təqdim edirik:

Femida.az

Açar sözlər: #Ağdam  

Oxunub: 4330