İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib


13:45     20 Fevral 2021 21_02_20_1613815830.jpg


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən gizirinin şəhid olduğu məlum olub.

Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1994-cü il təvəllüdlü Namazov Babək Səhman oğlu şəhidlik zirvəsinə yüksəlib.

O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşmüşdü. Həmin vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb. / Report

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 836