Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib


19:25     20 Fevral 2021 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda bu gün koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, bu günə qədər isə ümumilikdə 2 543 880 test icra olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 329