Baş Prokurorluq: Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq


22:10     20 Fevral 2021 Prokur3491na.jpg

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.



Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 498