Xırdalanda yaşayış binasında yanğın olub


15:20     21 Fevral 2021 yangin_38673636.jpg

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 446