Bakı-Sumqayıt yolunda təmir işləri bu tarixdə bitəcək


13:07     22 Fevral 2021 2021/02/m1_ro-1613981820-(1)_1613984946.jpg


Hazırda Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, "20 Yanvar" dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb:

"Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək".

Femida.az

Açar sözlər: #Bakı   #Sumqayıt   #yol   #təmir  

Oxunub: 656