Ov mövsümü başa çatır


14:34     22 Fevral 2021 21_02_22_1613989461.jpg

Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.

Femida.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır. Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur.

F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 352