Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb


16:27     22 Fevral 2021 21_02_22_1613990836.jpg

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumta görə, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 304