Gənc oğlanın elektrik cərəyanı vuraraq ölməsi ilə bağlı cinayət işi açılıb
15:56 22 Fevral 2021

Bakıda iki gənci elektrik cərəyanı vurub.
Bu barədə Xəzər Rayon Prokurorlundan məlumat verilib.
Bildirilib ki, fevralın 21-də saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla zərərçəkmişlər İsmayıl Muradov və Uğur Qəhrəmanovun Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində köhnə tikilidəki 863 nömrəli, 6 KV-luq Qapalı Paylayıcı Qurğunun içərisində olarkən elektrik cərəyanın təsirinə məruz qalmaları nəticəsində İsmayıl Muradovun ölməsi, Uğur Qəhrəmanovun isə xəsarət alması müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 259
Oxşar xəbərlər
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
- Bakıda gəncə qəbiristanlıqda 7 bıçaq zərbəsi vurulub
- Yardımlıda gənc meşədə intihar edib
- İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib - YENİLƏNİB
- Bakıda 10 manata görə 21 yaşlı gənci öldürdü - QƏTLİN TƏFƏRRÜATLARI
- Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır
- Baş Prokurorluq: Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq
- Gəncədə sürücünün ürəyi tutdu - AVTOMOBİL İŞIQ DİRƏYİNƏ ÇIRPILDI