Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı
16:44 22 Fevral 2021
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Nazirlikdən verilən məlumata görə, qurumun Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb. Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Füzuli Sultanovun Abşeron rayonundakı evinə baxış zamanı oradan 9 kiloqram heroin, 1 kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1900 ədəd psixotrop tərkibli “Metadon 40” həbi aşkar olunaraq götürülüb.
Oxunub: 485
Oxşar xəbərlər
- Polisdən əməliyyat - 128 kq narkotik götürüldü (VİDEO)
- Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!
- Polisdən bankomat oğrusu ilə bağlı əhaliyə MÜRACİƏT
- Polisdən “plyonka” xəbərdarlığı - 3 gün sonra...
- Polisdən uğurlu əməliyyat: Tutulanlar var
- Polisdən uğurlu əməliyyat: 28 cinayətin üstü açıldı
- Polisdən ən çox şikayət edilən rayonların adları açıqlanıb - SİYAHI
- Polisdən narkotacirlərə qarşı əməliyyat: Tutulanlar var
- Polisdən silsilə narkotik əməliyyatları - 6 nəfər TUTULDU
- Polisdən Müsavat rəhbərliyinə XƏBƏRDARLIQ