Baş prokurorluq tələbə qızın intiharı ilə bağlı məlumat yaydı


17:14     22 Fevral 2021 2021/02/F7F87972-FE70-4C08-B413-9325731F9115_1613999754.jpeg

Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini bildiriblər.

Açar sözlər:

Oxunub: 605