Bakıda binanın zirzəmisində yanğın başlayıb
18:14 22 Fevral 2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub.
Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Oxunub: 285
Oxşar xəbərlər
- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
- Bakıda DƏHŞƏTLİ QƏZA - Ana və uşağı maşın belə vurdu
- Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
- Bakıda 45 yaşlı kişi bıçaqlandı
- Bakıda 22 yaşlı gənc öldürülüb, qatili axtarılır
- Bakıda yük avtomobilləri toqquşub
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib