Azərbaycanda son sutkada 72 nəfər yoluxub, 4 nəfər vəfat edib
18:58 22 Fevral 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib, aktiv xəstə sayı 2 163 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, ötən müddət ərzində isə ümumilikdə 2 555 058 test aparılıb.
Oxunub: 259
Oxşar xəbərlər
- Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
- Azərbaycanda dəhşətli qəza: 30 maşın toqquşdu
- Azərbaycanda orta aylıq əmək haqqı 710 manatdır
- Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər
- Azərbaycanda tanınmış məşqçinin oğlu özünü asdı
- Azərbaycanda 9 qadın prokuror vəzifəsində irəli çəkilib
- Azərbaycanda daha 145 yeni yoluxma faktı qeydə alınıb
- Azərbaycanda hansı cinayətlər artıb?
- Azərbaycanda benzin istehsalı azalıb
- Azərbaycanda partiya funksioneri vəfat edib