Təhsil Nazirliyinin şöbə müdirinin müavini işdən çıxıb


19:28     22 Fevral 2021 21_02_22_1614006932.jpg

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə vəzifəsindən ayrılıb.

Femida.az ın məlumatına görə, bu barədə M. Camalzadə özü bildirib. O qeyd edib ki, bu gündən Nazirlikdə fəaliyyətini yekunlaşdırır.

Uzun müddətdir, fəaliyyət sahəsini dəyişmək barədə düşündüyünü bildirən M. Camalzadə pandemiya dövründə ətraflı götür-qoy etdikdən sonra artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində missiyasını başa vurduğu qənaətinə gəldiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 235