Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
19:48 22 Fevral 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “FROZEN PRODUCTS” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Oxunub: 217
Oxşar xəbərlər
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
- Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb
- Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib
- Rusiyadan daha 192 azərbaycanlı ölkəyə gətirildi
- Rusiyadan yenə Azərbaycan vətəndaşları təxliyə edildi
- Rusiyadan daha 250 Azərbaycan vətəndaşı Vətənə gətirildi - FOTO
- Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edilib
- Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir
- Rusiyadan qayıda bilməyən azərbaycanlılar üçün yerləşmə məntəqəsi açılacaq